Yaxşı (Baqr)at qamçı vurdurmaz… | Ədalət Verdiyevin yazısı

// ...Amma Qalstanyan pis (Baqr)atdır

 Yaxşı (Baqr)at qamçı vurdurmaz…    | Ədalət Verdiyevin yazısı
  21 May 2024    Oxunub:1405
Baqrat Qalstanyanın 20 gündən çox davam edən "etiraz hərəkatı" adlı şousu sona çatmaq üzrədir. BaqrAt arxasında duran “Qarabağ klanı”nın rəhbərlərinin, revanşist fərarilərin və Ermənistandan kənardan aksiyalara dəstək verənlərin ümidlərini doğrultmadı, sərf olunan vəsaitlər havaya uçuruldu.
BaqrAtın “fərarilərin Xomeynisi” olmaq cəhdi fiaskoya uğradı. Aksiyalara qatılanların bəziləri düşünürdülər ki, BaqrAt İrəvana çatsa, hakimiyyəti ələ keçirəcək, onlara da vəzifə paylayacaq. Amma vəzifə əvəzinə əksəriyyəti polis zopasına "qonaq edildi", içəri basıldı, Paşinyan isə verdiyi qərarlar doğru olduğuna görə müəyyən dividendlər qazandı.

Nəticədə aksiya iştirakçıları BaqrAtın “Qarabağ klanı”nı təmsil etdiyini biləndən və demarkasiya prosesinin dayandırılacağı təqdirdə Azərbaycanın atacağı qətiyyətli addımlar barədə təsəvvürləri yaranandan sonra mitinqlərdə iştirakdan imtina etdilər. BaqrAt da Günən kəndinə, yəni çıxdığı yerə qayıtmağa məcbur oldu.

Günən kəndində BaqrAtı həbs gözləyir. Ermənistan polisi kəndə girişi məhdudlaşdırıb, sakinlərdən basqa heç kim əraziyə buraxılmır. Etiraz edənlər qəddarcasına cəzalandırılırlar. BaqrAt əvvəlki kimi orada aksiyalar keçirməyə və ya Azərbaycan Əsgərinin nəfəsi duyulan Xeyrimli tərəfə yaxınlaşmağa cəhd etsə, acı nəticələrə məruz qalacaq. Ya Ermənistan polisi onu "qamçılayacaq", ya da Azərbaycan sərhədçiləri coxdan arzusunda olduğu görüşə göndərəcək. Çünki, sərhəd pozucusunu bağışlamaq Əsgərimizin vəzifələri siyahısına daxil deyil. BaqrAtı və digər revanşistləri bağışlamaq Allahın işidir. Əsgərimizin vəzifəsi onların görüşünü təşkil etməkdən ibarətdir.


Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ermənistan  





Xəbər lenti